Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da yalan qeyd yazıb və iddia edib ki, guya Ermənistan adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminə görə Azərbaycanı ötüb.
Eurasia Diary-nin xəbərinə görə, ən maraqlısı odur ki, bu məlumat dərhal bütün Ermənistan mediası tərəfindən yayılıb.
O da maraqlıdır ki, şərhində Nikol Paşinyan Beynəlxalq Valyuta Fondunun rəsmi saytına istinad edib.
Ancaq Paşinyan tezliklə səhvini etiraf etməli olub və mesajında düzəliş edib: məlum olub ki, o, 2019-cu ilin rəsmi məlumatlarını proqnozlarla qarışdırıb.
Əslində isə adambaşına düşən ÜDM-in həcminə görə Ermənistan Azərbaycandan geridədir və yalnız Gürcüstanı qabaqlayır. Belə ki, ötən il Ermənistanda bu göstərici 4.53 min dollar, Azərbaycanda 4.69 min dollar, Gürcüstanda isə 4.29 min dollar olub.(virtualaz.org)