Azərbaycanın Tbilisidəki baş konsulu Vüqar Məmmədovla Tbilisidə "Qəbələ" adlı Azərbaycan restoranının müğənnisi Afiq Novruzov arasında mübahisə baş verib.
Mübahisəyə səbəb müğənninin erməni mahnısı oxumasına diplomatımızın kəskin etiraz etməsi olub.
Eurasia Diary xəbər verir ki, mahnı "Fidain" adlanır və Qarabağda vuruşan ermənilərə həsr olunub. Əslən Qarabağlı olan və erməni dilini yaxşı bilən konsulumuz Vüqar Məmmədov əvvəlcə, musiqiçilərə onların erməni mahnısı ifa etdiklərini və bu restoranın azərbaycanlılara məxsus olduğunu xatırladaraq mahnını kəsmələrini tələb edib. Müğənni buna etiraz edəndə isə diplomatımız buna sərt reaksiya verib.
Əldə etdiyimiz məlumata görə, adı çəkilən müğənni öz erməni həmkarə ilə birlikdə diplomatımızı Gürcüstanın dövlət orqanlarına şikayət edib, Vüqar Məmmədovun diplomatik fəaliyyətinə son verilərək Gürcüstandan qovulmasını tələb edib.