"Aprel döyüşləri zamanı ciddi səhvlərə yol verdik, buna görə itkilərimiz çox oldu və bəzi bölgələri itirdik".
Eurasia Diary "ASASmedya"ya istinadən xəbər verir ki, bu sözləri Aprel döyüşləri zamanı Ermənistan ordusunun kəşfiyyat zabiti olmuş baş leytenant Sarkis Gabrielyan deyib.
"Ən böyük səhvimiz o oldu ki, kəşfiyyat qrupu hücum barədə öncədən xəbər versə də, bunun qarşısını almaq üçün bizim tərəf heç bir addım atmamışdı. Müqavimət göstərdiyimiz zaman isə artıq çox gec idi. Bundan əlavə, bilmirəm nə üçünsə bizim tərəf Azərbaycan ordusunun əlindəki güclü silahlardan istifadə edə bilmədiklərini düşünürdü. Ancaq onlar bunu bacardı".
Gabrielyan Ermənistan ordusu barədə qorxaq təəssüratının olduğunu bildirib:
"Kənardan biz qorxaqlara oxşayırıq. Çünki Azərbaycan tərəfi hər fürsətdə müharibədən danışır və buna cavab verə bilmirik".