"Sovet Ordusu sülh və təhlükəsizliyi təmin etmək üçün Bakıya girdiyini deməklə yalan danışdı".
Bu sözləri Türkiyə Barolar Birliyi Başçısı Mətin Feyzioğlu, 20 yanvar 1990 Azərbaycan Hadisələrinə həsr olunmuş tədbirdə çıxışında bildirib.
"20 Yanvar hadisəsi zamanı 134 nəfər şəhid olmuş, 600 Azərbaycan türkü yaralanmış və 800 günahsız insan həbs edilmişdir. 20 Yanvar qətliamının yalnız Azərbaycanda tanınması kifayət deyil. İnsanlığa qarşı işlənmiş cinayətlərə hüquqi baxımından qiymət verilməli və cinayətkarlar cəzalanmalıdır. Türk millətinin haqsız və böhtan xarakterli soyqırım ittihamları qarşısında cavab verə bilməyəcəyi heç nə yoxdur.
Unutmayın ki, bu böhtanların əsl səbəbi ermənilərin türklərə qarşı törətdikləri qırğınlardır. "Hamımız erməniyik" kimi şüarları bir kənara qoyaq və türk millətinin başına gətirilən bu qırğınlar qarşısında "Hamımız türkük" deyərək səsimizi ucaldaq. Məzhəbçilikdən, etnik ayrıseçkilikdən və irqçilikdən uzaq olan türk milləti özünü bu torpaqlara bağlı bir gələcəyin qurulması ideyasına həsr edən xalqdır. Türk milləti və türk dövlətləri bir daha belə bir qırğının baş verməməsi üçün qeyri-insani əməlləri qınamalıdırlar", - deyə Mətin Feyzioğlu qeyd edib.