"Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir" Arye Qut

Siyasət 16:04 22.01.2020

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın regionlarına fövqəladə vəziyyətin tətbiqi qabaqcadan elan edilmədən sovet silahlı qüvvələrinin bölmələri yeridildi. Dinc əhaliyə amansız divan tutulması nəticəsində yüzlərlə insan öldürüldü, yaralandı və itkin düşdü.

Eurasia Diary xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan evi” qeyri-hökumət təşkilatının icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut yanvarın 20-də İsrail televiziyasının Doqquzuncu kanalının “Den” informasiya-analitik proqramının birbaşa efirində “Azərbaycan Qara Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir” süjetini şərh edərkən söyləyib.

Arye Qut vurğulayıb ki, azərbaycanlılar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc sakinlərin kütləvi surətdə qırılmasını “Qara Yanvar” adlandırıblar. O deyib: “Zərbə” əməliyyatının əsas məqsədi Azərbaycanda milli azadlıq hərəkatını boğmaq idi. Rəsmi statistikaya görə, bu qanlı cəza tədbiri nəticəsində 147 insan həlak olub, lakin qeyri-rəsmi rəqəmlər azı 300, bəlkə də daha çox insanın öldürüldüyünü göstərir. Bu hadisələrdən sonra tamamilə aydın oldu ki, imperiya süquta uğramaq üzrədir”.

İsrailli ekspert qeyd edib ki, əsgərlər insanları yerindəcə güllələyir, tank və BTR-ləri qəsdən minik maşınlarının üzərinə yeridərək, içərisində dinc vətəndaşlar ola-ola onların üstündən keçir, xəstəxanaları atəşə tutur, tibbi heyətin yaralılara yardım göstərməsinə mane olurdu. “Yanvarın 20-də səhər Bakıda dəhşətli mənzərə var idi: vaxtilə gözəl şəhərin küçə və meydanları qan içində idi. Ətrafda ağır hərbi texnikanın tırtılları altında eybəcər vəziyyətə düşmüş meyitlər, əzik-üzük olmuş maşınlar, güllələrlə dəlik-deşik edilmiş evlər görünürdü. Küçələrin asfalt örtüyü tankların tırtılları altında sınıq-sınıq olmuşdu. Həmin müdhiş gecədə Azərbaycanın, xüsusən də Bakının dinc əhalisi dəhşətli şok yaşamışdı. Mənim 15 yaşım vardı. Biz Bakıda yaşayırdıq. Yadımdadır ki, bütün gecə valideynlərim və bacımla birlikdə oyaq qaldıq, gözümüzə yuxu getmədi. Bizi nələr gözlədiyini bilmirdik. Bu qırğın totalitar sovet rejiminin bəşəriyyət əleyhinə yönəlmiş qaniçən mahiyyətini bir daha sübut etdi. Belə ki, sovet qoşunlarından xarici təcavüzün qarşısını almaq üçün deyil, öz xalqına divan tutmaq üçün istifadə olunmuşdu” – deyə israilli ekspert vurğulayıb.

1990-cı il yanvarın 22-də Bakı və Azərbaycan xalqı Qorbaçovun “islam fundamentalistləri” adlandırdığı oğul və qızlarını dəfn edirdi. Arye Qut belə bir ritorik sualla müraciət edir: “Məgər üç ay əvvəl ərə getmiş, ərinin öldürüldüyünü eşidəndən sonra intihar etmiş Fərizə, yaxud cəmi 15 yaşı olan Rəşad və ya Bakının yəhudi sakinləri, yəni onların hamısı “islam fundamentalistləri” idi?”

Qara Yanvar Azərbaycan xalqının dözülməz ağrısına çevrildi. Amma bu dəhşətli ağrı Azərbaycanda yaşayan yəhudilərin də ağrısı idi. Mən bu faciədə yəhudi xalqını ayırmıram, çünki xalqımız Azərbaycan xalqının ayrılmaz hissəsidir. O dəhşətli faciədə şəhid olan Azərbaycan övladları arasında yəhudi xalqının üç nümayəndəsi vardı: təcili yardım həkimi Aleksandr Marxevka, 17 yaşlı Vera Bessantina və 22 güllə yarası almış Yan Meyeroviç.

Arye Qut öz şərhində daha sonra deyib: “Aramızda canlı qəhrəmanlar da var. Məsələn, dostum, ağsaqqalımız, fotoqraf Boris Dobin. Onun cəsarəti, mərdliyi və vətəndaş mövqeyi sayəsində İsraildəki insanlar dəhşətli 20 Yanvar hadisələrindən xəbərdar oldular. Boris Dobin üçün, eləcə də İsraildə yaşayan Azərbaycan əsilli insanların hamısı üçün Qanlı Yanvar hadisələri daim sızlayan yaradır. Boris Matveyeviç hadisələrin təfərrüatını yaxşı xatırlayır. Küçələrdəki mənzərə dəhşətli idi. Hər tərəfə meyitlər səpələnmişdi. Aydın məsələ idi ki, sovet ordusu silahsız insanlara atəş açıb. Onlar müqavimət göstərə bilməzdilər və buna cəhd də göstərməmişdilər. Ordunun yanvarın 19-20-də Bakıda törətdikləri əsl faşizm idi”.

Arye Qutun fikrincə, Yanvar faciəsinin kökləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə gedib çıxır. O deyib: “1988-1990-cı illərin hadisələrinin təhlili göstərdi ki, Ermənistan mərkəzi sovet hökumətinin dəstəyi ilə qonşu ölkənin ərazisinin bir hissəsini zorla zəbt etmək istəyirdi. Sovet silahlı qüvvələrinin 1990-cı ilin yanvarında Bakıda həyata keçirdiyi cəza tədbirləri miqyasına, amansızlığına və qurbanlarının sayına görə 1989-cu ilin aprelində Tbilisidə, 1991-ci ilin yanvarında Vilnüsdə törədilmiş oxşar hadisələri geridə qoydu. Bunlar sovet imperiyasının son çırpıntıları idi.

Qanlı Qara Yanvar hadisələrindən 30 il ötür. Bu gün Azərbaycan Respublikası tamamilə başqa ölkədir. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycan həm də bir sıra digər etnik və dini qrupların, o cümlədən xristian və yəhudi icmalarının doğma evidir. Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülh və harmoniyanı, hətta 30 ildən çox əvvəl Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlananda da saxlamağa davam edib. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaş kimi yaşayıblar və indi də yaşayırlar, onları ümumi tarix və tale bağlayır. Ermənistanın etnik təmizləmə siyasətinə və Azərbaycana qarşı təcavüzünün davam etməsinə, o cümlədən Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasına və 1 milyondan çox qaçqının və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan milli və etnik azlıqlara münasibətini dəyişməyib, həmişə həqiqi millətlərarası və konfessiyalararası dialoq nümunəsi olub və eləcə də qalır. Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideridir, İsrailin Avrasiyada və İslam dünyasında əsas strateji tərəfdaşıdır”.

Qara Yanvarın Azərbaycanda sovet hakimiyyətinin sonu və Sovet İttifaqının dağılmasının əvvəli olduğunu bildirən A.Qut çıxışını bu sözlərlə tamamlayıb: “SSRİ rəhbərliyinin Azərbaycanı sovet hakimiyyəti çərçivəsində saxlamaq üçün göstərdiyi bütün səylər son nəticədə heç bir fayda vermədi. Bakıda kütləvi qırğın törədilməsinə baxmayaraq, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsinə çevrildi. Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də hərbi, mənəvi və siyasi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrini dəstəkləmək və Vətənin azadlığı və müstəqilliyi naminə kommunist sistemin ən amansız hücumlarına müqavimət göstərmək bacarığını göstərdi”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı