MSK 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələrini ləğv edib | Eurasia Diary - ednews.net

29 Fevral, Şənbə


MSK 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələrini ləğv edib

Siyasət A- A A+

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK üzvü bildirib ki, bir çox materaillara baxarkən müəyyən edilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib:

“Həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Qanunvericiliyin tələblərinə uyğun olmayıb. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib. Səsvermənin etibarısz sayılan məntqələrin sayı 27-dir.

İclasda həmin dairənin 27 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 74 saylı Lənkəran kənd seçki dairəsi ilə bağlı şikayətlərə baxılır.

Eurasia Diary-nin xəbərinə görə, hazırda iclas davam edir.

Qeyd edək ki, bu dairənin lider namizədi Hadı Rəcəblidir.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...