Rusiyanın Dövlət Muzeyi Qarabağı ayrıca “dövlət” kimi təqdim edir - FOTOFAKT | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Rusiyanın Dövlət Muzeyi Qarabağı ayrıca “dövlət” kimi təqdim edir - FOTOFAKT

Siyasət A- A A+

Rusiyanın Dövlət Muzeyi Azərbaycana qarşı təxribata yol verib.

Eurasia Diary Modern-ə istinadən xəbər verir ki, Tula şəhərində yerləşən Rusiya Dövlət Silah Muzeyindəki dünya xəritəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Muzey işğal altındakı Qarabağ torpaqları ayrıca “dövlət” kimi göstərilib.

Maraqlıdır ki, bu “dövlətin sərhədləri” təkcə Dağlıq Qarabağla kifayətlənməyərək, ətraf 7 rayonu da əhatə edir.

Xatırladaq ki, Rusiya Dövlət Silah Muzeyi I Pyotrın 1724-cü ildə Tula silah zavodunda hazırlanan silahların nümunə kimi saxlanılması barədə sərəncam verməsi ilə başlayıb. 1775-ci ildə zavodu ziyarət edən II Yekaterina nadir və nümunəvi silah palatasının bazası əsasında yeni kolleksiya yaradılması barədə qərar verib.

1873-cü il avqustun 30-da Dövlət Silah Muzeyinin yeni binasının təntənəli açılış mərasimi olub. Təkcə 2019-cu ildə bu muzeyi 580 mindən çox insan ziyarət edib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...