Fevralın 14-dən 16-dək Bavariyanın paytaxtında 56-cı Münhen Təhlükəsizlik Konfransı keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə canlı olaraq çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərinin tarixi saxtalaşdırması cəhdlərinin bir neçə dəfə sərt şəkildə qarşısını aldı. Nəticədə, Azərbaycanın dövlət başçısı bir daha yüksək səviyyədə və inamla bütün dünyaya bəyan etdi - “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!”
CBC kanalında Anastasiya Lavrina ilə "Qlobal Müzakirə" proqramında rəy bildirən beynəlxalq ekspertlər də bu fikirlə razılaşırlar.
- ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin sabiq müavini, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza;
- Hərbi-siyasi analitik, Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru Alexander Tixanski;
- Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin filialının direktoru, politoloq Pavel Klaçkov;
Eurasia Diary videonun tam variantını təqdim edir: