MSK 3 dairə ilə bağlı qərar verdi | Eurasia Diary - ednews.net

3 Aprel, Cümə


MSK 3 dairə ilə bağlı qərar verdi

Siyasət A- A A+

Mərkəzi Seçki Komissiyasının iclasında 99 saylı Şəmkir seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.

Eurasia Diary xəbər verir ki, müraciət araşdırılması üçün DSK-ya göndərilib.

Bundan başqa, 27 saylı Sabunçu ikinci seçki dairəsi və 121 saylı Laçın seçki dairəsindən quruma daxil olan müraciətlərə də baxılıb.

Hər iki müraciət araşdırılması üçün DSK-ya göndərilib.

***  

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Eurasia Diary xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...