Prezident İlham Əliyev müxalifət liderlərini TƏBRİK ETDİ | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


Prezident İlham Əliyev müxalifət liderlərini TƏBRİK ETDİ

Siyasət A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib.

Prezidentin təbrikini partiya sədrlərinə və digər simalara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb.

O deyib ki, Prezidentin tapşırığı ilə şəxsən onun adından partiya sədrlərinə, ictimai xadimlərə və onların ailələrinə xüsusi təbrikini çatdırır.

"EDNews"  modern.az-a istinadən xəbər verir ki, prezidentin bayram təbriki ilə əlaqədar Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa təşəkkür edib.

“Bu təbriki Böyük Quruluş Partiyasının başqanı kimi Şəxsimə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. Mən də Böyük Quruluş Partiyasının üzvləri adından cənab Prezidentin Novruz bayramını təbrik edərək, ona can sağlığığı diləyimizi çatdırdım, ölkəmizin üzləşdiyi bu çətin şəraitdə atdığı bütün zəruri addımları dəstəklədiyimizi bildirdim. Bu həqiqətən də Azərbaycanda yeni bir münasibətlər sisteminin başlanması deməkdir. Çünki ölkəmizdə hər bir müsbət irəliləyiş siyasi qüvvələr arasında sağlam münasibətlərin yaranması ilə mümkündür. Bu alicənab addımına görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm”, - Fazil Mustafa vurğulayıb.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...