Ukrayna XİN Dağlıq Qarabağ ərazisində qondarma "prezident" və "parlament seçkiləri"nin tanınmaması ilə bağlı bəyanat yayıb.
EDNews xəbər verir ki, bəyanatda Ukrayna Xarici İşlər Nazirliyi martın 31-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində qondarma "prezident" və "parlament seçkiləri"nin keçirilməsini qətiyyətlə pisləyir:
"Bu qondarma seçkilərin nəticələri heç bir hüquqi nəticəyə malik deyil və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirir”, - deyə bəyanatda qeyd olunur.