“Vətəndaş-məmur münasibətlərində şəffaf yanaşmalar korrupsiya riskini minimuma endirəcək” - Telman Qasımov | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


“Vətəndaş-məmur münasibətlərində şəffaf yanaşmalar korrupsiya riskini minimuma endirəcək” - Telman Qasımov

Siyasət A- A A+

EDNews.net, gununxeberi.az-a istinadən xəbər verir ki, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar cərəyan edən hadisələrə öz münasibətini bildirib.

“Ölkəmizin bölgələrində son zamanlar rüşvət və korrupsiayaya qarşı mübarizə məsələsində ciddi addımlar atılır. Rayon icra hakimiyyəti başçılarının rüşvət, korrupsiya və büdcə vəsaitlərinin mənimsənilməsi məsələsi ilə bağlı yüzlərlə faktlar aşkarlandı.

Prezident İlham Əliyevin həyata keçirdiyi radikal islahatlara və bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq bəzi yerli icra hakimiyyət başçıları və ayrı-ayrı məmurların qanunsuz əməllərlə məşğul olma faktları fonunda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən təmizləmə əməliyyatlarının aparılması xüsusi yer tutur. Zaman-zaman xalqımızda böyük narazılıqlar yaradan bəzi oliqarx və məmur şəxslərin Azərbaycanımıza sanki şəxsi şirkəti kimi baxdıqları idi. Bu baxımdan dövlətimiz tərəfindən köklü islahatların başlanmasına böyük ehtiyac vardır. O cümlədən kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, hamı ciddi məsuliyyət daşımalı və islahatlara uyğun addımlar atmalıdırlar.

Bunu da bilsinlər ki, bundan sonra ölkədə məmur özbaşınalığına və korrupsiyaya qarşı ciddi mübarizə aparılacaq və dövlət xalq arasında birliyin fonunda dövlətçiliyimizin, müstəqilliyimizin və siyasi sabitliyinin qorunmasında yeni dövrün başlanması istiqamətində ciddi addımlar atılacaq. Vətəndaş-məmur münasibətlərində şəffaf yanaşmalar korrupsiya və rüşfət riskini minimuma endirəcək. Ümüd edirik ki, hakimiyyət ölkədə başlanan yeni siyasi-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa və tərəfdaşlığa xüsusi ver verəcəkdir.”                                         

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...