BAMF işğal olunmuş Dağlıq Qarabağda qeyri-qanuni "seçkilər"i və qondarma "andiçmə"ni qınayır

Siyasət 09:48 21.05.2020
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) işğalçı ölkə Ermənistan tərəfindən Azərbaycanın zəbt olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz "seçkilər"in və qondarma “andiçmə”nin keçirilməsini kəskin şəkildə qınayır.
 
Ermənistan bu davranışı ilə açıq şəkildə beynəlxalq hüququn bütün norma və prinsiplərinə məhəl qoymadan, Azərbaycanı müharibəyə təhrik edir. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün danışıqlar prosesinə və ATƏT-in Minsk qrupunun səylərinə hörmətsizliyin bariz nümayişidir.
 
Münaqişənin guya ki, sülh yolu ilə həllinin tərəfdarı olan Ermənistan, eyni zamanda işğal olunmuş Dağlıq Qarabağda qanunsuz "prezident seçkiləri"nin keçirilməsinə və hazırda mayın 21-də Azərbaycanın işğal olunmuş, Azərbaycan xalqının tarixi və mədəni irsi sayılan Şuşa şəhərində "andiçmə" keçirərək vəziyyəti gərginləşdirməklə danışıqlar prosesini uzatmaq üçün mümkün olan hər şeyi edir.
 
Təxminən 30 il əvvəl Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsi və qanlı etnik təmizləmənin həyata keçirilməsi nəticəsində Ermənistan işğal etdiyi ərazilərdə separatçı rejim qurdu. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin hal-hazırda 1/5 hissəsi işğal altındadır. Yüz minlərlə azərbaycanlı məcburi köçkünün əsas hüquqları ciddi şəkildə pozulub. Azərbaycanın işğal olunmuş bölgələrində mədəni irsin və iqtisadi fəaliyyətin məhv edilməsi prosesi davam edir ki, bu da beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasına çağıran dörd qətnaməsinə ziddir.
 
Azərbaycan xalqının səbri tükənməz deyil və nəticədə İrəvanın bu davranışı bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlaması təhdidi yaradır ki, bu da bütün sülh danışıqları prosesinə ciddi təsir göstərəcəkdir.
 
Ermənistan silahlı qüvvələrinin öz doğma yurdlarından qovulmuş dinc əhalinin, qaçqın və məcburi köçkünlərin heysiyyatı ilə oynamaq cəzasız qala bilməz.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondu ATƏT-in Minsk Qrupunun həmsədrlərini bu prosesi təkcə müşahidə etməməyə, həmçinin təcavüzkar ölkə olan Ermənistana qarşı konkret tədbirlər görməyə çağırır.

 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı