Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçı-terrorçu rejimi “spiker” seçib.
EDNews.net xəbər verir ki, yeni “spiker” “azad vətən bloku” fraksiyasının rəhbəri Artur Tovmasyan olub.
Qeyd edək ki, Tovmasyan 1962-ci ildə Xankəndidə anadan olub. O, separatçı-terrorçu rejimin “parlamenti”ndə uzun illər təmsil olunub. Tovmasyan hətta 1996-1997-ci illərdə “spiker” də olub. (Axar.az)