Milli Şura üzvlərinin “Zoom” tətbiqi vasitəsilə baş tutmuş videokonfranslarında baş verən qalmaqal xarici medianın da diqqətini çəkib.
EDNews.net-in xəbərinə görə, bununla bağlı İsrailin nüfuzlu "The Jerusalem Post" qəzetində məqalə dərc olunub.
Bildirilib ki, videokonfransda qeydə alınan danışıqlar Milli Şura daxilində güclü homofob əhval-ruhiyyənin olduğunu ortaya qoyub.
Məlumata görə, bu hadisə Azərbaycan siyasətində qalmaqala səbəb olub.
Məlumatda o da bildirilib ki, G. Hacıbəyli istifadə etdiyi sərt və kobud sözlərin yalnız müəyyən bir şəxs haqqında olduğunu, bu ifadələri bütün cinsi azlıqlar haqqında demədiyini və bununla bağlı üzr istədiyini vurğulayıb.
Qeyd olunub ki, R. Manaflı isə dediyi sözlərə görə üzr istəməkdən imtina edib və İ. Cəlilovun LGBT üzvlərini nümayişkaranə təbliğ etməsini qəbul edə bilmədiyini söyləyib.(apa)