“Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?”

Siyasət 21:20 27.05.2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın Böyük Britaniyanın nüfuzlu Atlas Beynəlxalq Məsələlər İnstitutunda “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” başlıqlı məqaləsi dərc olunub.

EDNews.net xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamaqla öz yurd-yuvalarından didərgin düşmüş insanların vətənlərinə qayıtmaq hüquqlarının əllərindən alması faktı vurğulanır, münaqişələrin “inteqrativ və cəzalandırıcı” həll yollarına dair yanaşmalar Ermənistan-Azərbaycan münaqişəsi kontekstində nəzərdən keçirilir.

Qeyd olunur ki, Ermənistanın təcavüzkar və işğalçı siyasəti ilə üzləşmiş Azərbaycan bütün bunlara baxmayaraq davamlı inkişaf yolu keçib, regional və beynəlxalq miqyasda həyata keçirdiyi iri enerji və nəqliyyat layihələri, eləcə də artan beynəlxalq nüfuzu ilə artıq “orta miqyaslı güc”ə  çevrilib. Ermənistan isə öz işğalçı siyasətindən əl çəkmədiyi müddətdə bütün regional enerji və infrastruktur layihələrindən kənarda qalmaqla özünü təcrid siyasətinə məhkum etməyə davam edir.

Bundan əlavə, qeyd edilir ki, hər bir münaqişənin öz fərdi xüsusiyyətləri var, lakin heç bir münaqişə əbədi deyil. “Azərbaycan bu ədalətsiz münaqişə nəticəsində itirdiyi torpaqlarının bir qarışını da güzəştə getməyəcəyini dəfələrlə bəyan edib. Azərbaycanın artan iqtisadi və siyasi potensialı və nüfuzu qarşısında Ermənistan rəsmilərinin “çiçəklənən Ermənistan” barədə səthi bəyanatları müqayisəedilməzdir. Hər bir münaqişənin isə qalib və məğlub tərəfləri olur”,- deyə müəllif əlavə edir.

Münaqişələrin həlli ilə bağlı mövcud olan “inteqrativ və cəzalandırıcı” həll yollarına diqqət çəkilərək qeyd edilir ki, əgər Ermənistan nəhayət ki, vəziyyəti real qiymətləndirib öz işğalçı siyasətindən əl çəkərək, səmimi şəkildə danışıqlar prosesini davam edərsə, işğal etdiyi torpaqları geri qaytararaq məcburi köçkünlərin öz yuvalarına qayıtmaları üçün şərait yaradarsa, o zaman onun üçün “inteqrativ” həll yolu seçilə bilər: “Bu halda Azərbaycan Ermənistanla əlaqələri, kommunikasiyaları bərpa edər və bu dövlətin bu zamanadək kənarda qaldığı regional enerji və infrastruktur layihələrində iştirakı da nəzərdən keçirilə bilər. Əks təqdirdə, əgər Ermənistan öz işğalçı siyasətini davam edərsə, o zaman Azərbaycanın öz ərazi bütövlüyünü gec-tez bərpa etdikdən sonra Ermənistan üçün yeganə yol “cəzalandırıcı” ola bilər. Bu isə qalib və məğlub tərəf arasında güclü asimmetriya yaratmaqla məğlub tərəfin daha da təcrid edilərək asılı vəziyyətə salınması deməkdir. Görünür ki, nə keçmiş, nə də indiki Ermənistan rəhbərliyi öz ölkələrini düşdüyü bu acınacaqlı vəziyyətdən çıxartmaq haqqında təsəvvürləri olmayıb və indi də yoxdur. Buna görə də, Ermənistan hələ ki potensial “cəzalandırıcı” həll yolunu seçir və bunu etməklə o, öz xalqını bu gün və gələcəkdə cəzalandırmaqda davam edir”. (modern.az)

Daha ətraflı: https://www.internationalaffairshouse.org/does-armenia-want-an-integrative-or-punitive-solution/

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı