“Məhkəmə davası işğalçı ölkənin gözləntilərini doğrultmadı” Azay Quliyev

Siyasət 10:36 28.05.2020

"26 may 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun 2004-cü ildə Budapeştdə bir erməni zabitini öldürməsi və digərini öldürməyə cəhd etməsi ilə əlaqədar Ermənistanın təmsilçiləri olan “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar qəbul etdi. AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan “təbliğat maşını”nın növbəti fiaskosudur".

EDNews.net xəbər verir ki, bu fikirləri Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bildirib.

Azay Quliyev qeyd edib ki, Ermənistanın AİHM-dən siyasi maraqlarına uyğun istifadə etmək, bu quruma təzyiq göstərərək Azərbaycanın əleyhinə qərar qəbuluna nail olmaq və sonra bu qərarı münaqişə kontekstində bizə qarşı çevirmək niyyətilə açdığı məhkəmə davası işğalçı ölkənin gözləntilərini doğrultmadı.

Ən vacibi isə:

1) Ermənistan tərəfinin tələb və iddialarının əksinə olaraq törədilən əmələ görə Azərbaycanın hər hansı bir formada beynəlxalq və ya hüquqi məsuliyyət daşımadığı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən birmənalı qeyd edildi. Ermənistanın ölkəmizə qarşı açdığı məhkəmə davasının əsas məqsədlərindən birinin məhz bu olduğunu nəzərə alsaq, bu əsassız iddianın AİHM tərəfindən haqlı olaraq rədd edilməsi xüsusilə təqdir olunmalıdır.

2) AİHM Ramil Səfərovun Macarıstandan Azərbaycana təhvil verilməsində hər hansı bir qanun pozuntusu və ya beynəlxalq öhdəliyə əməl edilməməsi halı aşkarlamadı. Bu da çox ciddi məsələdir, çünki Ermənistan hər zaman Macarıstanı məhz bu məsələyə görə haqsız olaraq ittiham edirdi. Düşünürəm ki, Ermənistan bundan sonra Macarıstana qarşı istifadə etdiyi bu “arqument”dən imtina etməli olacaqdır.

3) AHİM Ramil Səfərova qarşı cinayət işinin yenidən açılması və ya əfv qərarının ləğv edilməsi ilə bağlı Ermənistan tərəfininin əsassız tələbini də rədd etdi. Hesab edirəm ki, bu tələbin yerinə yetirilməsi Ermənistanın əsas məqsədləri sırasında xüsusi yerə malik idi və məhkəmənin bu iddianın əsassız olduğunu sübut etməsi işğalçı ölkəni xeyli məyus etdi.

Bir müsbət məqam da ondan ibarətdir ki, AİHM öz qərarında vurğulayır ki, Azərbaycan tərəfi məhkəmə ilə yaxından əməkdaşlıq edərək lazım olan bütün sənədləri və məlumatları vaxtında məhkəməyə təqdim etmişdir. Bu da Azərbaycanın prosesə nə qədər şəffaf yanaşdığını göstərir.

Burada bir məqama da toxunmaq istərdim ki, məhkəmə qərarında Azərbaycanın qarşı tərəfə hər-hansı bir formada maddi təzminat ödəməsindən söhbət getmir. Burada yalnız məhkəmə praktikasına uyğun olaraq erməni tərəfinin Britaniyadan cəlb etdiyi ingilis vəkillərinin xərclərinin (15 min 143,33 funt sterlinq) Azərbaycan tərəfindən ödənilməsi haqqında müddəa var ki, bu da qeyd etdiyim kimi beynəlxalq məhkəmə praktikasına tam uyğundur.

Bu qərarın Ermənistanın siyasi həyatına, siyasi rəhbərliyinin mənəvi-psixoloji vəziyyətinə təsirini tam anlamaq üçün son üç ayın hadisələrinə bir daha qısa nəzər salmaq lazımdır:

a) Bu ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransında münaqişə tarixində ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri açıq debatda üz-üzə gəldilər. Bu açıq “qarşıdurma”da Azərbaycan Prezidenti cənab İlham Əliyev ciddi və əsaslandırılmış arqumentləri ilə Ermənistanın baş naziri Nikol Paşinyanı darmadağın edərək onu rəzil və çarəsiz vəziyyətə saldı. İnanıram ki, bu biabırçılığı Paşinyan və erməni siyasətçiləri hələ uzun müddət xatırlayacaqlar.

b) Bu ilin martın 31-də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qondarma rejim üçün keçirilən “seçkilər” indiyə qədər müşahidə olunmayan birlik və həmrəyliklə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edildi və “seçkilər” qeyri-legitim, heç bir hüquqi və siyasi nəticəsi olmayan qanunsuz akt adlandırıldı. Beynəlxalq ictimaiyyətin belə sərt və prinsipial mövqeyi Ermənistanın və dünya ermənizminin Qarabağın Azərbaycandan qopardılması və müstəqil dövlətə çevrilmişi istiqamətində 30 ildən çox müddətdə apardığı siyasətin və etdiyi bütün səylərin üstündən qara bir xətt çəkmiş oldu. Bu heç şübhəsiz ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın diplomatik və siyasi sahədə əldə etdiyi çox böyük uğur, Ermənistanın isə danılmaz məğlubiyyəti idi.

c) Ermənistanın baş naziri faşistlərə xidmət etmiş və onların tərəfində vuruşaraq on minlərlə günahsız insanı öldürmüş Qaragen Nijdedən, o cümlədən hitlerçi babası Nikol Paşinyandan diqqəti yayındırmaq və ölkəmizə qarşı uydurma “əks-arqument”lə çıxış etmək üçün gülməli bir fəndə əl atdı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etdi. Bu cəhd də öz nəticəsini vermədi - əksinə, onun babasının o dövrdə faşist Almaniyasına xidmət etməsi, elə daxildə, Ermənistanın siyasi və ictimai fəalları tərəfindən ifşa edildi. Paşinyanın Azərbaycanın dəyərli övladlarından və dövlət xadimlərindən olan Məhəmməd Əmin Rəsulzadəyə qarşı təşkil etdiyi yalan və iftira mexanizmi işə düşmədən uğursuzluğa düçar oldu.

Son 3 ayda Ermənistanın məruz qaldığı ifşa və uğursuzluqlara əlavə olaraq AİHM-in belə bir qərar qəbul etməsi, heç sübhəsiz ki, yalan üzərində qurulmuş erməni təbliğatının təsirini daha da heçə endirdi.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı