Baş prokurordan yeni təyinatlar | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Baş prokurordan yeni təyinatlar

Siyasət A- A A+
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
 
EDNews.net  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "BakuPost"a bildirilib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Tural Aslanov və Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Həsən Mahmudov tutduqları vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elxan Novruzov isə tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifələrinə təyin edilmişlər.
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...