Daha bir vəzifəli şəxs işdən çıxarıldı - Kamran Əliyev ƏMR İMZALADI | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Daha bir vəzifəli şəxs işdən çıxarıldı - Kamran Əliyev ƏMR İMZALADI

Siyasət A- A A+

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

EDNews.net  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Facebook" profilində məlumat yayıb.

Eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururluğunun Fəxri Fərmanı” ilə təltif edilib.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...