Ermənistanı qorxuda saxlayan LORA - İsrail bu silahı yalnız Azərbaycana satıb - FOTOLAR | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Ermənistanı qorxuda saxlayan LORA - İsrail bu silahı yalnız Azərbaycana satıb - FOTOLAR

Siyasət A- A A+

İsrailin “Aviasiya sənayesi” (İAİ) konserni may ayında LORA raket kompeksinin sınağını həyata keçirib.

EDNews.net holdinqə istinadən xəbər verir ki, sınağın keçirilməsi barədə məlumat yalnız ötən gün rəsmən açıqlanıb. Aralıq dənizində keçirilən sınaqlar zamanı LORA raketləri uzaqlığı 90 və 440 kilometr məsafədə olan 2 hədəfi də yüksək dəqiqliklə məhv edib.

Buna qədər, LORA raketinin yalnız 300 kilometrə qədər məsafədə hədəfi məhv etdiyi söylənilirdi. Sınağın uğurundan danışan İsrail baş naziri Benyamin Netanyahu “qoy düşmənlərimiz bizdən qorxsun” – deyə LORA raketlərinin yüksək zərbə potensialına toxunub.

“Koronavirusla mübarizə ilə paralel, biz İsrailin təhlükəsizliyi üçün həm müdafiə, həm hücum vasitələrini təkmilləşdiririk. İAİ konserni və təhlükəsizlik orqanları əhsən! Uğurlu raket sınağı İsril vətəndaşları üçün xoş, düşmənlərimiz üçün isə daha bir pis xəbər oldu”.

LORA ballistik raketləri İsrail tərəfindən yalnız Azərbaycana satılıb. Azərbaycan 2018-ci ildə bu müasir operativ-taktiki raket sistemlərini nümayiş etdirmişdi. (modern.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...