Türkiyə Azərbaycanla sürücülük vəsiqələrinin tanınmasını təsdiqlədi | Eurasia Diary - ednews.net

14 İyul, Çərşənbə axşamı


Türkiyə Azərbaycanla sürücülük vəsiqələrinin tanınmasını təsdiqlədi

Siyasət A- A A+

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı şəkildə tanınması tam reallaşıb.

Bu barədə EDNews.net “Resmi Gazete”yə istinadən xəbər verir.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi” haqqında Sazişi təsdiqləyib.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişi 2016-cı il mayın 6-da təsdiqləyib.  

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Saziş 2016-cı il martın 15-də Ankara şəhərində imzalanıb.(report)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...