KTMT iclası Putinsiz ləğv edilə bilməzdi | Eurasia Diary - ednews.net

9 Avqust,


KTMT iclası Putinsiz ləğv edilə bilməzdi

Siyasət A- A A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Rusiyanın mövqeyi nəzərə alınmadan hər hansı bir qərar verə bilməz. Məhz bu səbəbdən nəinki Ermənistan lehinə qərar verildi, heç İrəvanın çağırışına reaksiya belə verilmədi.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanatını şərh edərkən deyib. Politoloq deyib ki, KTMT-də əsas söz sahibi Rusiyadır:

“Maraqlı bir məqam isə Ermənistanın birbaşa Rusiyaya deyil, təşkilatın özünə müraciət etməsidir. Bunun əsas səbəbi Paşinyan administrasiyası ilə Kreml arasında soyuq küləklərin əsməsidir. Heç kəsə sirr deyil ki, Paşinyanın qərbmeyilli açıq siyasəti Rusiya ilə münasibətlərə əsaslı soyuqluq gətirib. Bütün bunları nəzərə alaraq rəsmi İrəvan KTMT-yə müraciət etdi”.

Politoloq xatırladıb ki, KTMT üzvləri Azərbaycana dost olan ölkələrdir:

“Yəni belə bir qərarın veriləcəyini Paşinyan da bilirdi. Faktiki olaraq Paşinyan Rusiya ilə əlaqələri pozub, Qərbə yaxınlaşmaq istəyir. O, həm də KTMT-nin Ermənistana dəstək olmamasını əsas gətirərək, daxildəki antirusiya meyilli qüvvələrin dəstəyini almağa çalışır”.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...