Türkiyə XİN: - Ermənistan hakimiyyəti ağlını başına yığmalıdır | Eurasia Diary - ednews.net

5 Avqust, Çərşənbə


Türkiyə XİN: - Ermənistan hakimiyyəti ağlını başına yığmalıdır

Siyasət A- A A+

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhədində yaranan gərginliyə və Ermənistanın Türkiyə ilə bağlı açıqlamasına münasibət bildirib. Nazirliyin bəyanatında deyilir ki, Ermənistan hakimiyyəti ən qısa müddətdə Cənubi Qafqazda həll yollarının bir hissəsi olmağı öyrənməlidir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini ört-basdır etmək üçün indi də Türkiyəyə qarşı qaralama siyasəti yürütməyə başlayıb. Azərbaycan ərazisində qeyri-qanuni işğal həyata keçirən Ermənistanın bu ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəl olanın kim olduğunu açıq və aydın şəkildə ortaya qoyur.

Bu cür ittiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verməyəcək. Ermənistan hakimiyyəti ağlını başına yığmalı və mümkün qədər tez Cənubi Qafqazdakı problemlərin deyil, həll yollarının bir hissəsi olmağı öyrənməlidir.

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...