Osmanlı sultanının nəvəsindən ermənilərə mesaj: - "Biz geriyə dönsək, siz dəliyə dönərsiniz”. | Eurasia Diary - ednews.net

23 Sentyabr, Çərşənbə


Osmanlı sultanının nəvəsindən ermənilərə mesaj: - "Biz geriyə dönsək, siz dəliyə dönərsiniz”.

Siyasət A- A A+

Sultan II Əbdülhəmid Xanın nəvəsi, şəhzadə Abdülhəmid Kayıhan Osmanoğlu Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və Azərbaycan-Ermənistan sərhəddindəki hadisələrlə bağlı açıqlama verib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən şəhzadə Abdülhamid Kayıhan Osmanoğlunun açıqlamasını təqdim edir: “Uzun illərdir işğal altında saxlanılan Qarabağ müsəlman-türk torpağıdır. Millət olaraq beynəlxalq hüquqa zidd olan bu işğalı qəbul etmədik, etməyəcəyik. Son günlər Ermənistan qardaş Azərbaycanın Tovuz rayonunda terror həyata keçirir, qardaşımız şəhid olub. Ermənistanı tarixdən dərs alması üçün səsləyirəm. Osmanlının nəvələri olaraq keçmişdə ermənilər bizdən necə münasibət görübsə, etdiklərinə qarşı bugün və sabah da eyni münasibəti göstərəcəyik. Biz geriyə dönsək, siz dəliyə dönərsiniz”.

Abdülhamid Kayıhan Osmanoğlu daha sonra deyib ki, azərbaycanlı qardaşlarına Osmanlı sözü verir. Hər zaman, hər saat Azərbaycanın yanında olacaqlar.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...