"Region dövlətlərinin yeni vasitəçilikdə fəal iştirakı zəruridir" İran mətbuatı Tovuz hadisələrindən yazdı

Siyasət 12:46 24.07.2020

İran KİV-ndə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son dönəmdə sərhəddə baş verən hadisələrlə əlaqədar məqalələr dərc olunub.

EDNews.net xəbər verir ki, məqalələrdə münaqişənin həllinə dair Tehranın vasitəçiliyi təklif olunur, eləcə də Qərb ölkələrinin vasitəçiliyinə qarşı fikir yürüdülür.

Əlireza Cabarinin iyulun 14-də rəsmi İRNA xəbər agentliyində dərc olunmuş “Bakı ilə İrəvan arasındakı qarşıdurmalar bölgənin maraqlarına uyğun deyil” sərlövhəli məqaləsi buna sübutdur. Burada o, münaqişənin tarixini şübhəsiz qərəzli təqdim edir, eyni zamanda 30 il əvvəl münaqişənin yaranmasında Qərbin rolunun olduğunu istisna etmir. Müəllif Minsk Qrupunun yaranmasına toxunaraq, Qərbin bu problemi həll etmək üçün bir çox layihələr təklif etdiyini, lakin praktikada heç bir addım atılmadığını vurğulayır. Sonra o, Qərbin nə müharibə, nə də sülhün sərfəli olmadığı məsələnin həllində maraqlı olmadığı qənaətinə gəlir.

O problemin həlli üçün təklif edir ki, İrəvan-Bakı danışıqları yolu ilə vasitəçilər olmadan, iki ölkə hökumətlərinin nəzarəti altında, xarici, xüsusən də Qərbin müdaxiləsi olmadan müstəqil kadrlar yaradılsın. Sonra isə tərəflər Qarabağ hökumətini muxtar hökumət kimi tanıyır. Ermənistanın və Azərbaycanın onun daxili işlərinə müdaxiləsi müstəqil kadrlar tərəfindən müəyyənləşdiriləcək. Sonuncu hər hansı uğur və ya razılaşma barədə beynəlxalq qurumlara məlumat verəcək.

İyulun 15-də İRNA “Qarabağ probleminin dinc yolla həllinə əsassız ümidlər” adlı başqa bir məqalə dərc edib. Burada deyilir ki, Ermənistan və Azərbaycan arasında baş verən son toqquşmalar Minsk qrupunun vasitəçilik missiyasının zəif olduğunu sübut etdi, buna görə də bölgədə sülhün bərqərar olması üçün yeni bir vasitəçi seçilməlidir. Sonra vurğulanır ki, ekspertlər region dövlətlərinin yeni vasitəçilikdə fəal iştirakını zəruri sayırlar. Başqa sözlə, bu, İranın Bakıdakı səfiri, eləcə də İranın xarici işlər naziri Zərifin təkliflərini də nəzərdə tutur.

Əsasən qərəzli mövqedən çıxış edən Qərb ölkələrinin farsdilli mətbuatında isə hər iki tərəfin fikirlərini təqdim edən Euronews.com fi rfi.fr/fa/ qərəzsiz sayıla bilər. "Almaniyanın səsi" dw.com/fa-ir/ nəşrlərində 2016-cı ildən fərqli olaraq qərəzsiz olmağa çalışacaqlarını desələr də, bu baş vermədi. Bunu həm xəbərlər, həm də analitiklərin son hadisələrə dair qərəzli nəşrləri sübut edir.

Məsələn, 12 iyulda Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması tam olaraq təqdim edilib, burada ermənilərin çox sayda itki verdiyi, Azərbaycan tərəfdən 2 şəhid və 5 yaralının olduğu bildirilib. Etibarlı mənbələrə əsaslanaraq vurğulanır ki, ermənilər postlardan birini almaq istəyib, lakin onlara qarşı sərt tədbirlər görülüb. Sonra erməni müdafiə nazirliyinin nümayəndəsi Şuşan Stepanyanın Facebook-dakı paylaşımına da istinad edilib, eyni zamanda balans gözlənilməyib.

Bundan əlavə, "Ermənistan-Azərbaycan qarşıdurması genişmiqyaslı müharibəyə çevriləcəkmi?" adlı məqalədə müəllif, Ermənistanı atəşkəs rejimini pozmaqda ittiham edərək, ölkədəki daxili vəziyyəti əsas gətirərək, "Paşinyanın mövqeyi zəiflədiyinə görə keçmiş prezidentlərin tərəfdarları aktivləşib və səbəb təkcə bu deyil", deyib. Həmçinin, Qarabağdan olmayan, Rusiya yönümlü olmayan baş nazir bu məsələdə uğursuzluğa düçar olmaqda ittiham olunur. Müəllif Minsk qrupunu səriştəsizlikdə günahlandırır, onun sözlərinə görə, Azərbaycan işğal olunmuş əraziləri hərbi yolla geri qaytarmaq istədikdə Rusiya buna mane olur.                                                         

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Hamısı