Geosiyasət üzrə beynəlxalq ekspert Malik Əyyub Sumbal Ermənistanın Yaxın Şərqdən ermənilərin Dağlıq Qarabağa köçürməsinin beynəlxalq cinayət olduğunu bildirb.
Eurasia Diary xəbər verir ki, Malik Əyub Sumbal bu barədə Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında çıxışı zamanı söyləyib.
“İlk öncə onu deyə bilərəm ki, Ermənistanın Yaxın Şərqdən erməniləri Dağlıq Qarabağa yerləşdirməsi addımı bölgədə status-kvonu öz xeyrinə dəyişməyə yönəlib. Bu beynəlxalq cinayətdir, BMT və ATƏT müvafiq addımlar atmalıdır və Ermənistanı dayandırmalıdır”, deyə Malik Əyyub Sumbal söyləyib.
O, Ermənistanın bu addımlarının dayandırılması üçün atılan addımların yetərsiz olduğunu hesab edir.
“Demək istərdim ki, ATƏT Ermənistanın bu qeyri-qanuni hərəkətlərini dayandırmaq üçün heç bir addım atmır. Bir neçə ay öncə baş vermiş Tovuz hadisələrindən sonra dünya erməni təcavüzünə, Ermənistanın beynəlxlaq qaydalara əsasən də ATƏT-in Minsk Qrupunun prinsiplərinin pozmasına şahidlik etdi. Ermənistanın münaqişə zonalarından olan ermənikləri Dağlıq Qarabağda yerləşdirməsi çox ciddi məsələdir. ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədi ilə yaradılıb və Ermənistanın bu tip qanunsuz addımlarını dayandırmaq üçün daha çox səy göstərməlidir”, Malik Əyyub Sumbal fikrini tamamlayıb.