Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyəti dövründə atdığı addımlara dair öz Facebook hesabında paylaşım edib.
Bu barədə Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir.
“2018-ci inqilabından sonra, ictimai müzakirələrin əsas mövzularından biri hakimiyyətin yanlış addımlarını müəyyənləşdirmək və daha sonra isə onların doğru addımlara çevirmək idi.
Əlbəttə ictimai müzakirələr sahəsində bu anlaşılan və qəbul ediləndir, amma güc dairələrinin fəaliyyət məntiqində isə olduqca təhlükəlidir, çünki düzgün addımlar axtarışı güc dairələrini iflic edə bilər və son olaraq isə ölkəni də , çünki hər zaman daha yaxşı addım atmağa imkan var”, Paşinyan deyib.
Lakin Paşinyan "doğru" və "yanlış" arasında heç bir ipucu verməyib və bunun həmin dövlərdə ictimaiyyətin qavrayış və əhvalından asılı olduğunu bildirirb.