Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya ilə Gürcüstanın əlaqələri bərpa edəcəyini söyləyib.
Eurasia Diary “Interpressnews” saytına istinadən xəbər verir ki, Lavrov Rusiyanın bu vəziyyəti saxlamaqda maraqlı olmadığını və gürcü xalqına qarşı heç bir plan hazırlamadıqlarını bildirib.
"Bizim gürcü xalqına qarşı heç vaxt planımız olmayıb. Mən düşünürəm ki, gürcü xalqı ağıllıdır və onlar Rusiya Federasiyasının xalqı kimi həyatı sevirlər. Mən ortaq məqamlara və istəklərə inanıram. Hər şeyə baxmayaraq, inanıram ki, bu anomal vəziyyətin öhdəsindən gələcəklər və biz millətlər və hökumətlər arasında normal əlaqələri bərpa edəcəyik”, Lavrov bildirib.