"İndi durub ağıl verirlər, sanki İlham Əliyev bunlara hesab verməlidir" - Ərdoğan həmsədrləri qınadı | Eurasia Diary - ednews.net

21 Oktyabr, Çərşənbə


"İndi durub ağıl verirlər, sanki İlham Əliyev bunlara hesab verməlidir" - Ərdoğan həmsədrləri qınadı

Siyasət A- A A+

“ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa indiyə kimi, təxminən 30 ildir Dağlıq Qarabağ münaqişəsini həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni edirlər”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi durub ağıl verirlər, zaman-zaman isə təhdid edirlər. “Türk əsgəri orda varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər Suriyanın şimalına minlərlə “TIR” silahı ora daşıyanlardır. Bu ağıla, məntiqə baxın?! Sanki Azərbaycan Prezidenti İlham Əliyev bunlara hesab verməlidir. İşğal edilən torpaqlar Azərbaycanındır. Bunu hamınız qəbul etmisiniz axı”, - deyə Ərdoğan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...