Qarabağ münaqişəsində baş verən son vəziyyətlə bağlı Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahin azərbaycanlı həmkarı Kamran Əliyevə ismarıc yollayıb.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Baş prokuroru Ermənistanın Azərbaycana qarşı təxribatını və mülki əhalisini atəşə tutmasını qınayıb.
“Dünən də bu gün də və sabah da din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana qarşı işğalçı Ermənistanın terrorist hücumunu lənətləyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm, yerləri cənnət olsun. Yaralıların dərhal sağalmasını diləyirəm. Zatı ailələrinizə dərin hüznlə başsağlığı verirəm”.