ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirib.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
M. Pompeo deyib ki, hər iki tərəf şiddətə son verməlidir.
“Dağlıq Qarabağda hər iki tərəf şiddətə son verməli, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməli və mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”, - deyə ABŞ Dövlət katibi qeyd edib.