Ermənilər Qarabağda çağırış edən ASALA terrorçusunu göstərdi - FOTO | Eurasia Diary - ednews.net

30 Oktyabr, Cümə


Ermənilər Qarabağda çağırış edən ASALA terrorçusunu göstərdi - FOTO

Siyasət A- A A+

Türk mediası Orta Şərqdəki mənbələrinə istinadən dəfələrlə yazıb ki, Azərbaycana qarşı müharibədə iştirak etmək üçün Dağlıq Qarabağa PKK terrorçuları, eləcə də Suriya və Livandan olan erməni qrupları göndərilib.

Eurasia Diary Virtualaz.org-a istinadən bildirir ki, bu dəqiqələrdə Qarabağ separatçılarının populyar telegram kanallarından biri, erməni ordusunun təzə formasında olan bir ərəb legionerinin çağırışını paylaşıb və dərhal da silib.

Mətndə yazılıb: "Milliyyətçi ASALA qrupunun (Ermənistanın Qurtuluşu uğrunda Erməni Gizli Ordusu) Livandan olan könüllü döyüşçüsü bildirir ki, erməni diasporunun nümayəndələri Yerevana köməyə gedirlər".

Mətndə bu erməni terrorçu, bir müddət əvvəl Ermənistanın baş naziri tərəfindən elan edilmiş ərəb muzdluları ilə bağlı növbəti saxta müraciətə istinad edərək, Qarabağda İŞİD-lə mübarizə apardığını bildirir. Bu Ermənistanın, PKK və ASALA-nın, eləcə də Suriya və Livandan gələn erməni hərbi birləşmələrinin üzvlərindən necə beynəlxalq terrorçu dəstəsi təşkil etdiyini göstərir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...