Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Rusiya, ABŞ və Fransa prezidentlərinin Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanat hazırlayacağı barədə məlumat verib. Bu barədə Eurasia Diary TASS-a istinadən xəbər verir.
"Görüşdə Qarabağda təmas xəttindəki vəziyyətə xüsusi diqqət ayrılıb", deyə Peskov bildirib. "Davam edən döyüşlər barədə həddindən artıq narahatlıq ifadə edildi" dedi.