Avropa İttifaqı Gəncənin raket atəşinə tutulmasında yenə ikili standart nümayiş etdirdi

Siyasət 09:55 19.10.2020

Ermənilərin gecə Gəncə yuxudaykən şəhəri ballistik raket atəşinə tutması nəticəsində yaşayış massivində 20 ev yerlə bir oldu və 13 soydaşımız – 3-ü körpə uçqun altında qalaraq dünyasını dəyişdi və 52 vətəndaşımız da yaralandı…
Həmişəki kimi Avropa İttifaqı guya Azərbaycanın dərdinə “məlhəm olurmuş kimi” qısa məzmunlu və səbəbkar tərəf olan Ermənistanın adını belə çəkmədən bir təsəlli bəyanatı yolladı.
Avropa İttifaqı oktyabrın 17-də gecə Azərbaycanın Gəncə şəhərinə həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının bununla bağlı açıqlamasında hər hansı tərəfin mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoymalı olduğu bildirilir.

Qeyd olunur ki, oktyabrın 10-da əldə edilmiş atəşkəs razılaşmasına hörmət edilməlidir…

Beləliklə, Avropa İttifaqı “diplomatik bəyanat”ı ilə növbəti dəfə Azərbaycana qarşı qeyri-dəqiqliyə yol vermiş oldu. Azərbaycan xalqına guya təsəlli verirmiş kimi Aİ bəyanatında nə təcavüzün kim tərəfindən törədildiyini, nə də qarşı tərəfin hansı ölkə olduğunu açıqlamadan Gəncə faciəsini “pislə”di. Bir həftədə 2 dəfə terrorçu Ermənistan Gəncəni raket atəşinə tutaraq dinc əhalini qətlə yetirdi. Bu hələ yaxın günlərimizdə Azərbaycana qarşı düşmən ölkənin terror təcavüzü idi. Bəs, ötən 30 il müddətində nə qədər təcavüzlər, terror aktları olub Azərbaycana qarşı? Nə qədər dinc əhali, uşaq, yaşlı vətəndaşımız həlak olub? Haradaydı Avropa İttifaqı o zaman? Əgər Azərbaycan terrorçu Ermənistanın hərəkətlərini etsəydi, Aİ dərhal əzbərlədikləri “sanksiya” məfhumlarını işə salar və Azərbaycana qarşı əks tədbirlərin görülməsini tələb edərdi.

Aİ özünü daim insan haqlarının müdafiəçisi və ədalətin yanında olduğunu bəyan etsə də, sözü ilə əməli tərs mütənasib gəlib. İkili yanaşma siyasəti Avropa İttifaqı kimi bir sıra Beynəlxalq qurumların da fəaliyyətlərinin özəyini təşkil edir. BMT-nin işğal altında olan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılmasını tələb edən dörd qətnaməsinə, digər qərarlara Ermənistan nəinki məhəl qoymur, hətta döyüş bölgəsindən uzaq olan Azərbaycan yaşayış məntəqələrini atəşə tutaraq dinc əhalini qətlə yetirməkdədir. Aİ isə balanslı siyasət yürüdərək susmaqdaydı.

QAİB olaraq Aİ-nın indiki “bəyanat”ını dolayısıyla terrrorçu dövlət Ermənistanı dəstəkləmək kimi qiymətləndiririk. Bu qurum Xocalı soyqırımını törədən bir dövlətə qarşı nəinki hər hansı bir sanksiya tətbiq edir, əksinə, ona Fransanın timsalında yardımlarını və dəstəklərini gücləndirir. Axı necə olur ki, insan haqlarını və dövlətlərin ərazi bütövlüyünü əsas şərt kimi götürən Avropa İttifaqı erməni terroruna göz yumur? Budurmu birliyin əlində bayraq kimi tutduğu insan haqları və ədalət? Bu Aİ-nin beynəlxalq hüquq normaları baxımından yalnız və yalnız separatçıları dəstəkləməkdən başqa bir şey deyil.

Artıq bu qurum beynəlxalq müstəvidə nüfuzunu itirmişdir. Özlərinə bel bağlamayan Aİ hansı meyarlarla gəlib başqa bir dövlətə canı yana bilər, yaxud onun haqq-ədalət səsinə səs verər. Avropa İttifaqı kimi bir sıra Beynəlxalq qurumların daha “təsəlli”, “təskinləşdirici” səthi bəyanatlarına Azərbaycanın ehtiyacı yoxdur.

Yetər daha. Müstəqil, güclü iqtisadiyyata və siyasi sabitliyə malik Azərbaycan öz gücünə, öz iradəsinə və öz qətiyyətinə inanır. Çağdaş bir qüdrətli dövlət kimi Azərbaycanın öz müstəqil və uğurlu xarici siyasətinə arxalanaraq, xalqımızın ümumi birliyi sayəsində işğal altında olan torpaqlarımızın qurtarılması prosesini başa çatdıracaq, dünya dövlətləri sırasında onunla hesablaşıla biləcək qüdrətli, güclü bir ölkəyə çevriləcəyik.

Ramiz Məşədihəsənli,

Qərbi Azərbaycan İctimai Birliyi Mətbuat və İnformasiya Şöbəsinin müdiri, 
TÜRKEL media baş redaktoru, TÜRKSOY mükafatı laureatı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
Hamısı