Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Qeyd edək ki, hal-hazırda Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da Moskvada səfərdədir.