Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib - VİDEO - FOTOLAR | Eurasia Diary - ednews.net

26 Noyabr, Cümə axşamı


Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib - VİDEO - FOTOLAR

Siyasət A- A A+

ABŞ-ın Minneasota ştatının Minneapolis şəhərində yaşayan soydaşlarımız  Kapitol binasının önündə icazəli aksiya keçirib. Aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror  aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib.

Minnesota Azərbaycan İcmasının təşəbbüsü ilə keçirilən aksiyada soydaşlarımız Gəncə terrorunun qurbanlarının xatirəsini yad edib və erməni separatizminin nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətə qarşı böyük təhlükə olduğunu bildiriblər.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti qınayan aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və mülki əhaliyə qarşı törədilən terror aktlarına biganə qalmamağa səsləyiblər.

Aksiya iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra əllərində tutduqları “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi plakatlarla Hennepin dairə Məhkəməsinin binasından Nikolet Mola doğru yürüş ediblər.       

 

 

 

1

1

1

1

1

1

1

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...