Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu Ədalət və İnkişaf partiyasının Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Fransa rəhbəri Emmanuel Makronun siyasi xəttini qınayıb.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki,
"Fransa və ümumiyyətlə Avropa, Makronun və onun düşüncəsini bölüşənlərin bu qəzəbli, təxribatçı, çirkin və mənfur siyasətlərinə layiq deyil".
"Livanda bir fəlakət yaşanır, ora guya istiqamət verməyə gedəcək. Axtardığınızı orada tapdınız? Tapa bilmədiniz. Niyə? Sizi ordan qovdular. Tanıldıqca bunlar hər yerdən qovulacaq. Elə bil Səlib yürüşünü yenidən başlatmaq istəyirlər", deyib.