"Bərdə sakinlərinin qisası yerdə qalmayacaq".
Azərbaycan Prezidenti İlham Əliyev Bərdə şəhərinin ermənilər tərəfindən raket atəşinə tutulması ilə bağlı “Twitter” hesabında paylaşım edib.
Eurasia Diary xəbər verir ki, bu bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Tvitter” hesabındakı paylaşımda söyləyib.
“Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.
Son məlumata görə, Ermənistanın dünən və bu gün Bərdəyə raket zərbələri nəticəsində 26 mülki şəxs həlak olub, 82-yə yaxın şəxs yaralanıb.