İran Dağlıq Qarabağ münaqişəsinin həllini Rusiya, İran və Türkiyənin iştirakında görür | Eurasia Diary - ednews.net

27 Noyabr, Cümə


İran Dağlıq Qarabağ münaqişəsinin həllini Rusiya, İran və Türkiyənin iştirakında görür

Siyasət A- A A+

“Dağlıq Qarabağdakı böhran regional səviyyədə, Rusiya, İran və Türkiyənin iştirakı ilə nizamlana bilər”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Rusiya paytaxtında səfərdə olan İran Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Abbas Araqçı deyib.

“İranın planının ən vacib xüsusiyyəti onun regional yanaşmaya malik olması və regional yanaşmadan istifadə edərək bölgədəki nüfuzu olan ölkələrin iştirakı ilə bu böhranla mübarizə apara və ona qarşı dura bilməsindədir. Təbii ki, Rusiya da Türkiyə kimi ən vacib ölkələrdən biridir. Planın ikinci vacib xüsusiyyəti isə onun reallığı və reallığa diqqətidir. İndiyə kimi Dağlıq Qarabağda üç dəfə atəşkəs tətbiq olunsa da pozulub. Fikrimcə, bunun səbəblərindən biri regionun reallığının nəzərə alınmamasıdır. Əslində İran İslam Respublikasının planına görə, atəşkəsə birinci mərhələdə deyil, ikinci mərhələdə baxılır”, - deyə iranlı diplomat vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...