Azərbaycan və Ermənistan xarici siyasət tərəfdaşlarını seçmək hüququna sahib suveren dövlətlərdir.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın idarələrarası nümayəndə heyətinin şənbə günü Bakıya səfərinin ardından söyləyib.
"Türkiyə bölgədə gerçək bir faktordur və yalnız bu bölgədə deyil. Türkiyə bir çox sahədə ortağımızdır. Suveren bir dövlət olaraq, Azərbaycan açıq şəkildə xarici siyasət tərəfdaşlarını seçmək hüququna malikdir, həmçinin Ermənistan" Lavrov deyib.
Rusiyalı diplomata görə "siyasət sənəti, müxtəlif təşəbbüsləri təbliğ edərkən bir bölgədəki vəziyyətə təsir edən bütün amilləri nəzərə almaqdır".
Rusiyalı yüksək diplomata görə, "siyasət sənəti, müxtəlif təşəbbüsləri təbliğ edərkən bir bölgədəki vəziyyətə təsir edən bütün amilləri nəzərə almaqdır."