Dünən ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Seçicilər Kollegiyası Co Baydenin qələbəsini təsdiq etdiyi təqdirdə o, Ağ Evi tərk edəcək.
Eurasia Diary Associated Press-ə istinadən xəbər verir ki, Tramp seçkilərə olan inamsızlığını hələ də itirməyib.
"İnsanlar məyusdurar ki, onların səsi oğurlandı", Tramp seçkilərlə bağlı fikrini ifadə edib.
Seçicilər Kollegiyasına gəldikdə Tramp bildirib ki, o, heç bir zaman rəsmi şəkildə etiraf etməyəcək, hətta Ağ Evi tərk etsə belə.
"Bunu etiraf etmək çox çətin olacaq, biz hamımız bilirik ki, çox böyük saxtakarlıq olub".
Baydenin andiçmə mərasimində iştirakı ilə bağlı suala isə Tramp bu sualın cavabını paylaşmaq istəmədiyini söyləyib.