Rusiya XİN: - Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


Rusiya XİN: - Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

Siyasət A- A A+

Rusiya Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdadır.

"Eurasia Diary"nin "APA"ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyə ilə əməkdaşlığımız müxtəlif istiqamətlərdə aparılır. Bu, həm siyasi-diplomatik təmaslar, həm də hərbçilərimiz aralarında olan təmaslardır. Sözsüz ki, əməkdaşlığın istiqamət vektoru dövlət başçılarımız tərəfindən verilir, hansılar ki, regiondakı vəziyyəti müntəzəm olaraq müzakirə edirlər”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...