Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil Anar məmmədov

Siyasət 18:25 30.11.2020

“Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, eyni zamanda Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasındakı qarşıdurma bir növ 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır. Bunun səbəbi odur ki, müharibədəki məğlubiyyətdən sonra Paşinyan hakimiyyətinin istefasını tələb edən xalqa qarşı iqtidar repressiya siyasətini davam etdirdiyi təqdirdə etirazçılar da məqsədlərinə çatmayana qədər mitinqlərə son qoymayacaqlar.”

Eurasia Diary xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, Azərbaycan qarşısında acı məğlubiyyətə uğrayan ölkənin baş naziri bu gün iqtidardan getməmək üçün diktatura rejimini hər gün daha da sərtləşdirir, demokratik azadlıqların tapdanmasını adi hala çevirir, fərqli düşünənləri ciddi şəkildə cəzalandırır, siyasi partiya rəhbərlərinin, siyasi fəalların saxlanılmasına göstəriş verir, deputatlara qarşı hücumlar təşkil edir: “Hətta Qarabağda döyüşən, ancaq varlığından xəbər ol­mayan əsgərlərin valideynləri etiraz səslərini ucaltdıqlarına görə polis zoraklığına məruz qalırlar. Bütün bunlarla bərabər, İrəvana gələn Qarabağ ermənilərinin məskunlaşma ilə bağlı yerli ermənilərlə ədavəti bir daha sübut edir ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistana gələnlərin çox az hissəsi vətəndaşlıq almaq arzusunda olur, on minlərlə in­san isə Ermənistan vətəndaşlığından imtina edir. Bunun başlıca səbəbi işğalçı ölkənin baş nazirinin indiyə kimi xalqını aldadıb, həqiqəti gizlətməsidir. Xalq ilk olaraq isə bunu tələb edir.”

Deputat vurğulayıb ki, ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistanın üzləşdiyi böhranın qarşıdakı müddət ərzində daha da dərinləşəcəyi istisna deyil: “Belə vəziyyətdə Ermənistanda sayı sürətlə azalmaqda olan əhalinin hakimiyyətə qarşı sosial narazılığının daha da güclənəcəyi, eyni zamanda, miqrasiya prosesinin yeni vüsət alacağı ehtimalını sürətləndirir. Artıq bu bir faktdır ki, Paşinyanın hakimiyyətdə qalmaq istəyi mümkün olmayacaq. Əvvəlki dövrlərdə ölkədəki hakimiyyət komandaları iqtidarda qalmaq üçün daxili auditoriyaya Ermənistanı qalib ölkə kimi təqdim edirdilər. Necə deyərlər, xəstə təfəkkürü və işğal siyasətini bütün erməni cəmiyyətinə sırımışdılar. Amma bu siyasətin Ermənistanı iflic vəziyyətinə salması son illərdə özünü daha qabarıq büruzə verdi. Paşinyan da hakimiyyətə gəldikdən sonra əvvəlki iqtidarların siyasətini davam etdirdi. İndi bu amil aradan qalxıb. Amma istənilən halda ölkədə baş verənlər yeni toqquşmalar və vətəndaş qarşıdurması üçün münbit şərait yaradıb. Ermənistanda daha xaotik hadisələrin baş verəcəyi isə qaçılmazdır. Lakin əfsuslar olsun ki, Avropa dövlətləri, beynəlxalq təşkilatlar müxalifətin bu qeyri-demokratik kampaniyasına səssiz qalır, demokratiya və insan haqlarının qorunmasından bəhs etmir.

Bütövlükdə isə bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını göstərir. İşğal siyasətinin qurbanı olan bu ölkə üzləşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək.”

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı