Türkiyə vətəndaş cəmiyyəti quruluşlarının təmsilciləri Milli Müdafiə Nazirliyinin komandanlığı ilə bir araya gəlib.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, komandanlıq heyətində Türkiyə Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşa Gülər, Quru Qoşunları komandanı Ümid Dündar, Hava Qüvvələri komandanı Hasan Küçükakyüz, Dəniz Qüvvələri komandanı Adnan Özbal və müdafiə nazirinin müavinləri iştirak edib.
"Yaxşı işlərdə bir-birimizi təşviq edəcəyik və dəstəkləyəcəyik. Əlimizdən gələn köməyi göstərəcəyik. Məqsədimiz, vəzifəmiz budur, millət dediyimiz budur. İrəli gedənlər hər zaman bu şəkildə işləyirlər", Akar söyləyib.
"Hər hansı bir səbəbə görə kiminsə çıxıb Silahlı Qüvvələri və ordunu 'satılmış' sözü ilə yan-yana qoyması həqiqətən ağıla ziya xüsusdur. Məqsədindən, amalından, yolundan, səbəbindən asılı olmayaraq. Belə bir şeydən danışmaq olmaz, şiddətlə qınayırıq və rədd edirik. Belə bir şey ola bilməz".