Avropa Məhkəməsi Türkiyəyə qarşı verilən qərarı ləğv etdi | Eurasia Diary - ednews.net

22 Yanvar, Cümə


Avropa Məhkəməsi Türkiyəyə qarşı verilən qərarı ləğv etdi

Siyasət A- A A+

Avropa Məhkəməsi Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı Ermənistanın Türkiyəyə qarşı verdiyi şikayət üzrə Türkiyəyə tətbiq etdiyi müvəqqəti xarakterli tədbirləri ləğv edib.

Eurasia DiaryQafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən qərarla bağlı qurumun rəsmi veb-saytında yazılı açıqlama yerləşdirilib.

Açıqlamada bildirilib ki, Ermənistan 4 oktyabrda Dağlıq Qarabağla bağlı Türkiyəyə qarşı tədbir tədbirlərinin görülməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Məhkəmə 6 oktyabr tarixində Dağlıq Qarabağdakı qarşıdurmada iştirak edən tərəflərə birbaşa və ya dolayı yolla mülki şəxslərin hüquqlarının pozulmamasına çağırış edərək Türkiyəyə qarşı müvəqqəti xarakterli tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

Bundan sonra Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 9 noyabr (10 noyabr) tarixli atəşkəs razılaşmasına istinad edərək verilmiş əmrin ləğvi üçün məhkəməyə müraciət edib.

Məhkəmə 1 dekabrda Türkiyə tərəfindən verilən məlumatlar əsasında yenidən qiymətləndirilmə apararaq sözügedən tədbirlərin ləğv edilməsinə qərar verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...