Sisakan dəstəsinin komandiri Aşot Minasyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın ölkə liderinin təkəbbürlü və heç nəyi idarə edə bilmədiyini və müvafiq postlara təyin olunan insanların bacarıqsızlığını görüdüyü üçün müharibə başlatdığını bildirib.
Eurasia Diary xəbər verir ki, Minasyan ölkənin ali baş komandanını müharibədə məğlubiyyətə görə günahlandırıb.
"İki müharibədə iştirak edən fəxri komandirləri vəzifədən azad edib onların yerinə mühribəni idarə edə bilməyən və ya ümumiyyətlə müharibə nədir bilməyən adamları təyin edəndə əlbəttə məğlub olarsınız", Minasyan söyləyib.