Ermənistanın “Alternativ” ictimai təşkilatının həmsədri Narek Mantaşyan Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü, həll olunmamış əsirlər məsələsi, Nikol Paşinyanın istefası və müxalifətin addımları haqqında danışıb.
Bu barədə Eurasia Diary Ordu.az-a istinadən xəbər verir.
Mantaşyan qeyd edib ki, tezliklə İrəvanın sərhədləri haqqında danışılacaq.
“Türk kapitalı tezliklə İrəvana daxil olacaq, biz artıq İrəvanın sərhədləri haqqında danışacağıq”, - deyə o bildirib.