Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı - VİDEO | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı - VİDEO

Siyasət A- A A+

Azərbaycan və Pakistan bu gün təbii fəlakətlər zamanı əməliyyatların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, imza mərasimi İslamabadda - Pakistan Xarici İşlər Nazirliyində baş tutub.

Memorandumu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureşi imzalayıblar.

Tədbirdə həmçinin Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) sədri general-leytenant Axtar Navaz da iştirak edib.

Razılığa əsasən, Azərbaycan və Pakistan fövqəladə hallar və təbii fəlakətlər zamanı bir-birinə kömək edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...