Azərbaycan XİN-dən Ermənistana sərt xəbərdarlıq | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Azərbaycan XİN-dən Ermənistana sərt xəbərdarlıq

Siyasət A- A A+

"Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir".

Bu barədə "Eurasia Diary"yə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Açıqlamada bildirilir:

"Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik".

Qeyd edək ki, bundan öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edib, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...