Qarabağdakı Rusiya sülhməramlılarının peyvənd edilməsinə başlanıldı | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Qarabağdakı Rusiya sülhməramlılarının peyvənd edilməsinə başlanıldı

Siyasət A- A A+

Hərbi həkimlər Dağlıq Qarabağda Rusiya sülhməramlılarını koronavirusa qarşı peyvənd etməyə başlayıblar. Eurasia Diary “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Dağlıq Qarabağda sülhməramlıları peyvənd etməyə başlayıblar. Bu günlərdə “Sputnik-V” peyvəndinin 2 minə yaxın dozu xüsusi termokonteynerlərdə gələcəkdə istifadə edilməsi üçün xüsusi təyinatlı tibb dəstəsinə gətirilib”, - qurumda deyiblər.

Vaksinasiya iki mərhələli olacaq: peyvəndin birinci komponentini yanvar ayının sonuna qədər, ikincisini isə fevralın 21-dək bütün sülhməramlılara vuracaqlar. İlk olaraq sülhməramlı kontingentin komandanlığı və hərbi həkimlər peyvənd olunublar.(qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...